Marsda bir vaxtlar okeanlar və çimərliklər olub
Mars quru səthi və yüksək radiasiya səviyyəsi ilə bu gün həyat üçün yararsız görünsə də, yeni araşdırmalar planetin keçmişdə çimərliklərə ev sahibliyi edə biləcəyini ortaya çıxarıb.
Əvvəlki kəşflərdə Marsda dərələr və çöküntü suxurları tapılmışdı və planetdə vaxtilə çayların axdığı düşünülürdü. Bununla belə, elm adamları uzun müddətdir ki, Marsda okeanların olub-olmadığını müzakirə ediblər.
“Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırmada alimlər Zhurong roverinin yeraltı görüntüləmə məlumatlarını araşdırıblar. Onların fikrincə, Marsın şimal ovalıqlarından əldə edilən məlumatlar Yerdəki çimərliklərdə istifadə edilən yeraltı radar ölçmələrinə bənzəyir. Hər iki halda, yeraltı materiallar alçaq ərazilərə, yəni okeana doğru əyilmiş görünür. Zhurongdan əldə edilən məlumatlar göstərir ki, Marsın sahil xətləri zamanla mövqelərini dəyişir. "Məlumatlar sahilin ən azı 1,3 km şimala doğru irəlilədiyini göstərir"-deyə Amerikalı alim Benjamin Kardenas deyib.
Bu tapıntının əhəmiyyətli təsirləri olduğunu ifadə edən Kardenasın fikrincə, bu sadə bir quruluş kimi görünə bilər, ancaq burada gelgitlərin, dalğaların və yaxınlıqdakı bir çayın çöküntü materialı daşıdığına dair dəlillər görürük. Üstəlik, bu proses uzun müddətdir aktiv olmalıdır.
Tədqiqatçılar maili strukturların başqa geoloji proseslər nəticəsində əmələ gəldiyini qəbul etsələr də, əldə edilən məlumatların bu ssenarilərə uyğun gəlmədiyini bildirirlər. "Biz vulkanik hərəkətlər, çaylar və ya küləklə sovrulan təpələr kimi ehtimalları aradan qaldırdıq. Bunlar Marsda ümumi formasiyalar olsa da, burada aşkar edilən struktur bu proseslərin heç birinə uyğun gəlmir" – deyə Kardenas bildirib. Bu kəşf Marsda keçmiş həyatın mümkünlüyünü araşdıran elm adamları üçün maraqlı inkişaf hesab olunur. Çimərlik dayaz su, hava və quru arasında qarşılıqlı əlaqə nöqtəsidir. Ehtimal olunur ki, Yer kürəsində həyat ilk olaraq belə mühitlərdə yaranıb. Məhz buna görə də Marsda keçmiş həyatın əlamətlərini axtarmaq üçün bu bölgəyə yeni kəşfiyyat missiyası göndərmək yaxşı olardı.
Bununla belə, Marsdakı qədim sahil xətləri Yerdəki tropik çimərliklərə çox az bənzəyir. Palma ağacları və qağayılar olmasa belə, Kardenas bu çimərliklərə böyük maraq göstərdiyini bildirib və deyib ki, bu qədim landşaftların yenidən qurulması geologiyanın ən maraqlı tərəflərindən biridir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...