Mərmərə dənizinin dibindəki nəhəng çinarlar...
17 avqust 1999-cu il Mərmərə zəlzələsi zamanı Kocaelinin Gölcük rayonunda sular altında qalan çinarların fotoşəkilləri çəkilib. Sualtı fotoqrafı və sənədli film prodüseri Tahsin Ceylan və Değirmendere Sualtı Cəmiyyətinin qurucu prezidenti, birinci dərəcəli dalğıc Murat Kulakaç zəlzələnin episentri Gölcükün Değirmendere rayonunda qırılma xəttinin keçdiyi üçün dənizə çəkilən Çınarlık Meydanının çinarlarının olduğu sualtı ərazidə çəkiliş edərək maraqlə görüntülər əldə ediblər.
Çəkiliş zamanı sahildən təqribən 50 metr aralıda yerləşən bəzi çinarların illər keçməsinə baxmayaraq dik vəziyyətdə və gövdələrinin sarı rəngdə olduğu görülüb. Ceylan açıqlamasında zəlzələ zamanı Çınarlık Meydanındakı ağacların bir hissəsinin dənizin altında qaldığını, zəlzələdən əvvəl isə çimərliyin 100 metr altına qədər olan hissəsinin yaşayış sahəsi olduğunu açıqlayıb.
Qeyd edək ki, zəlzələdən sonra çinarlar su altında qalıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...