Mərkəzi Elmi Kitabxanada “Açıq qapı” günləri keçiriləcək
1-2 iyul tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) növbəti “Açıq qapı” günləri keçiriləcək.
Fhnews.az xəbər verir ki, qeyd edilən tarixlərdə ziyarətçilər Azərbaycanın zəngin mədəni irsinin mühafizə olunduğu MEK-də oxucular üçün yaradılmış şəraitlə, zəngin kitab fondu, elektron kataloq, kitabxana sistemləri, sərgilər və digər göstərilən xidmətlərlə yaxından tanışlıq imkanı əldə edəcəklər.
“Açıq qapı” günləri 1- 2 iyul saat 10:00-dan 18:00-dək davam edəcək. Giriş sərbəstdir.
Qeyd edək ki, MEK-ə yaxınlaşan ziyarətçilərin şəxsiyyətlərini təsdiq edən hansısa bir sənədin üzərlərində olması mütləqdir.
Türkiyənin müdafiə nazirinin rəhbərlik...
Mədəniyyət Nazirliyinin sistemindəki...
Heydər Əliyev Mərkəzində "Qəlbim...
Azərbaycan Bolonya Beynəlxalq Uşaq Kitab...
Bu gün Ümumdünya Gülüş Günüdür...