2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Mark Rutte NATO-nun baş katibi vəzifəsinə başlayıb

01-10-2024
IMG

Mark Rutte rəsmi olaraq NATO-nun baş katibi vəzifəsini Yens Stoltenberqdən təhvil alıb. Rutte bildirib ki, onun prioritetləri NATO-nu güclü saxlamaq, kollektiv müdafiənin bütün təhdidlərə qarşı effektiv və etibarlı qalmasını təmin etmək, müdafiəyə daha çox pul xərcləmək və sərmayə qoymaqdır.

NATO-nun Brüsseldəki mənzil-qərargahında Baş Katibliyin Stoltenberqdən Rutteyə təqdim edilməsi ilə bağlı rəsmi mərasim keçirilib.Mərasimdə çıxış edən Rutte bu vəzifəni ona həvalə edən bütün müttəfiqlərinə təşəkkür edib.

Stoltenberqə müraciət edən Rutte "Siz nümunəvi  baş katib olmusunuz. Bu gün NATO daha böyük və daha güclüdür. Bu, böyük ölçüdə sizin liderliyiniz sayəsindədir. Siz mənə möhkəm bir ittifaqı miras almağa imkan verdiniz”-deyib.

"Mən NATO-nu gələcəyin çağırışlarına hazırlamaqda qərarlıyam" deyən Rutte onun prioritetlərinin NATO-nun güclü olması, kollektiv müdafiənin bütün təhdidlərə qarşı effektiv və etibarlı qalmasını təmin etmək, müdafiəyə daha çox vəsait xərcləmək və sərmayə qoymaq, dəstəyi artırmaqdır.

Ukrayna və NATO-ya daha da inteqrasiya etmək məqsədinin daha sıx üzvlük istiqamətində işləmək və xüsusilə Avropa İttifaqı  və Asiya-Sakit okean kimi regionlarda eyni dəyərləri paylaşan tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirmək olduğunu bildirib.

Paylaş: