Mariya Zaxarova: “Marseldəki Baş Konsulluğumuzda baş verən partlayışda terror aktının əlamətləri var”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Marseldəki Baş Konsulluğunda baş verən partlayışda terror aktının əlamətlərinin olduğunu bildirib və Fransadan hərtərəfli araşdırma ilə bağlı tez bir zamanda tədbir görməsini tələb edib.
Rusiyanın TASS xəbər agentliyinə danışan Zaxarova ölkəsinin Marseldəki Baş Konsulluğu sərhədləri daxilində baş verən partlayışla bağlı açıqlama verərkən bunları deyib.
Kremlin sözçüsü Dmitri Peskov da açıqlamasında bildirib ki, Marsel Baş Konsulluğunda baş verən partlayışla əlaqədar Rusiyanın dost olmayan ölkələrdəki diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirləri gücləndirilməlidir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...