2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Maliyyə texnologiyaları və ödəniş sektoru üzrə ötən ilin fəaliyyət nəticələri müzakirə olunub

11-02-2025
IMG

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Fintex Assosiasiyasının üzvləri ilə görüşüb.

AMB-dən verilən məlumata görə, görüş çərçivəsində maliyyə texnologiyaları və ödəniş sektoru üzrə ötən ilin fəaliyyət nəticələri müzakirə olunub.

Həmçinin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” üzrə müəyyənləşdirilmiş strateji prioritetlərlə bağlı əldə olunmuş nəticələr və yaxın perspektivdə həyata keçiriləcək təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: