Məktəblilərimiz 56-cı Beynəlxalq Kimya Olimpiadasında 1 gümüş və 3 bürünc medal qazanıblar
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində təşkil olunmuş 56-cı Beynəlxalq Kimya Olimpiadasında (IChO 2024) məktəblilərimiz uğurla çıxış ediblər.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, 84 ölkə üzrə 297 şagirdin iştirak etdiyi beynəlxalq müsabiqədə 4 məktəbli ilə təmsil olunan komandamız 1 gümüş və 3 bürünc medal qazanıb.
Sözügedən olimpiadada Türkiyə Dəyanət vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Səttar Şərifzadə gümüş medala, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Murad Xəlilzadə və Ümid Mustafazadə, həmçinin Türkiyə Dəyanət vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Nihad Hacızadə bürünc medala layiq görülüblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...