Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir
Noyabrın 25-i saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları və 1-ci sinif şagirdlərinin yerdəyişməsi prosesi aktiv ediləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, proses valideynlər tərəfindən www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
Bununla yanaşı, müxtəlif səbəblərdən 10-cu siniflərə qəbul üçün gecikən şagirdlər dekabrın 1-nə qədər müvafiq portal vasitəsilə ümumi təhsil müəssisələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, 2024-2025-ci tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə noyabrın 1-dən başlanılıb. Bu günə qədər portal vasitəsilə valideynlər tərəfindən təqdim edilən 12 min sorğu uğurla yekunlaşıb və təsdiq edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...