Məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün elektron qəbul prosesi dayandırılır
Sentyabrın 27-si saat 18:00-da 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına üzrlü səbəbdən qeydiyyatı gecikən uşaqlar üçün elektron qəbul prosesi dayandırılacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, qeyd edilən tarixə qədər valideynlər “mektebeqebul.edu.az” saytı vasitəsilə övladları üçün sorğu yerləşdirə bilərlər.
2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqların elektron qeydiyyatı oktyabrın 15-i saat 18:00-a qədər “mektebeqebul.edu.az” saytı üzərindən aparılacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...