Makron baş nazir Attalın istefasını qəbul edib
Fransa prezidenti Emmanuel Makron növbədənkənar ümumi seçkilərin hakim qanadın məğlubiyyəti ilə başa çatmasından sonra baş nazir Qabriel Attal və kabinetinin istefasını qəbul edib. İyunun 30-da və iyulun 7-də keçirilən növbədənkənar ümumi seçkilərdə hökumətin yaratdığı “Hamımız birlikdə Respublika üçün” ittifaqının məğlub olmasının ardınca Makronun kabineti ilk dəfə toplaşıb.
Yelisey Sarayından verilən açıqlamada bildirilib ki, prezident Emmanuel Makron bu gün Qabriel Attalın təqdim etdiyi hökumətin istefasını qəbul edib. Attal və digər hökumət üzvləri yeni hökumət təyin olunana qədər ölkənin ümumi işlərinə rəhbərlik etməyə davam edəcəklər.
Bəyanatda vurğulanıb ki, bu prosesi tez bir zamanda başa çatdırmaq üçün cümhuriyyətpərəst siyasi qüvvələrin fransız xalqına xidmət edən layihələr və addımlar üzərində birgə fəaliyyət göstərməsi lazımdır.
Makronun atdığı bu addımla növbədənkənar ümumi seçkilərdə millət vəkili seçilən 17 nazir qanunvericilik fəaliyyətində iştirak edə biləcək.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...