Macarıstanda Avropa Siyasi Birliyinin Sammiti işə başlayıb
Macarıstanın paytaxtı Budapeştdə Avropanın üzləşdiyi təhlükəsizlik problemlərinin həlli məqsədi ilə Avropa Siyasi Birliyinin 5-ci sammiti işə başlayıb.
Avropa İttifaqı ölkələrinin və digər Avropa ölkələrinin liderlərini bir araya gətirən və qitə ilə bağlı aktual məsələlərin müzakirə olunduğu 5-ci sammitə Macarıstanın Baş naziri Viktor Orban ev sahibliyi edir.
40-dan çox hökumət və dövlət başçısının iştirak etdiyi sammitin gündəliyi əsasən “Avropanın üzləşdiyi təhlükəsizlik çağırışları”dır. Qeyri-qanuni miqrasiya ilə mübarizə, iqtisadi təhlükəsizlik və iqlim də əsas gündəm maddələrindəndir.
Liderlər həmçinin Donald Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsi ilə bağlı hadisələri müzakirə edəcəklər. Qeyd edək ki, Çexiyadan sonra ildə iki dəfə keçirilən sammitə 1 iyun 2023-cü ildə Moldova, 5 oktyabr 2023-cü ildə İspaniya, 18 iyul 2024-cü ildə İngiltərə ev sahibliyi edib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...