Lökbatanda palçıq vulkanı püskürüb
Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsindən verilən məlumata görə, palçıq vulkanının püskürmə dərinliyi 3 kilometr olub. Püskürmə 6 dəqiqə 20 saniyə davam edib.
Püskürmənin ikinci fazası yerli vaxtla saat 16:09-da qeydə alınıb. Püskürmənin davamlılığı 3 dəqiqə 34 saniyə olub. Püskürmə zamanı ayrılan seysmik enerji Е=0.4×10⁷ C təyin olunub.
Vulkan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin doqquz seysmik stansiyası (vulkanətrafı) tərəfindən qeydə alınıb.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...