Los-Ancelesdəki nəhəng yanğınla yalnız 6 təyyarə və 12 vertalyot mübarizə aparır
Los-Anceles şəhərində baş verən ən dağıdıcı yanğınla mübarizə davam edərkən, alovlara yalnız 6 təyyarə və 12 vertalyotun müdaxilə etdiyi bildirilib. Yanğınlarla mübarizədə yanğınsöndürmə briqadasının bəzi yerlərdə kiçik su daşıyan çantalardan istifadə etməsi sosial mediada trend mövzusuna çevrilib.
Los Anceles Yanğınsöndürmə İdarəsi Los-Ancelesdə yayılan yanğınlara reaksiyası ilə bağlı açıqlama verib.
Açıqlamada yanğınsöndürmə işlərinin əyalət xaricindən gələnlər və federal yardımlar da daxil olmaqla cəmi 12 vertalyot və 6 təyyarə ilə davam etdiyi ifadə edilib.Bu təyyarələrdən birinin Kanadadan gələn mülki təyyarə olduğu qeyd edilib.
ABŞ mediası Los-Ancelesdəki yanğının şəhərin tarixində ən dağıdıcı yanğın olduğunu bildirir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...