Los-Ancelesdəki məktəblərdə mobil telefonlar və sosial media qadağan ediləcək
ABŞ-nın Kaliforniya ştatının Los-Anceles şəhərində tələbələrə akademik saatlarda dövlət məktəblərində mobil telefon və sosial mediadan istifadə qadağan ediləcək.
Los Anceles Birləşmiş Məktəb Dairəsinin İdarə Heyəti tələbələrin tədris saatlarında mobil telefon və sosial media platformalarından istifadə etmələrini qadağan edən qərarı təsdiqləyib.Buna görə 120 gün ərzində qərarla bağlı plan hazırlanacaq və icra 2025-ci ilin yanvar ayından etibarən qüvvəyə minəcək.
Sözügedən qadağa ölkənin ikinci ən böyük məktəb rayonu olan Los-Ancelesdə 429 mindən çox şagirdə aiddir.
Los Anceles Birləşmiş Məktəb Bölgəsi İdarə Heyətinin üzvü Nik Melvoin verdiyi açıqlamada bildirib ki, bu addım dərsdə diqqətin yayındırılmasının qarşısını almaq və şagirdlərin psixi sağlamlığını qorumaq məqsədi daşıyır.
ABŞ-da yerləşən Pev Araşdırma Mərkəzinin 2023-cü ilin payızında apardığı sorğuya görə, ABŞ-da müəllimlər getdikcə daha çox tələbələrin cib telefonlarından istifadə ilə bağlı problemlərlə üzləşirlər, telefonun diqqətin yayındırılmasının sinflərdə ciddi problem olduğu vurğulanır.
Kaliforniya qubernatoru Gavin Nevsom bütün ştatda məktəblərdə mobil telefondan istifadənin məhdudlaşdırılması səylərini dəstəklədiyini bildirib.O deyib ki, sosial media gənclərimizin psixi sağlamlığına zərər verir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...