Londonda yanğın: 40 yanğınsöndürən maşın hadisə yerinə cəlb olunub
Londonun şərqində, Daqenham bölgəsində, həm yaşayış, həm də kommersiya məqsədləri üçün istifadə olunan binada gecə saatlarında baş verən yanğın nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib, 100-dən çox sakin təxliyə edilib.
Fhnews.az xəbər verir ki, yanğının söndürülməsi üçün 225 yanğınsöndürən və 40 yanğınsöndürən maşın səfərbər olunub. Yanğının səbəbi hələlik məlum deyil.
Məlumat üçün bildirək ki, 2023-cü ilə aid planlaşdırma müraciətində binanın tələblərə uyğun olmayan üzlüklərlə örtüldüyü qeyd edilib. Yanğın zamanı həmin üzlüklərin sökülməsi işləri aparılırdı.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...