2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Liviya sahillərində gəminin batması nəticəsində 16 pakistanlının ölümü təsdiqlənib
 

11-02-2025
IMG

Pakistan hökuməti Liviyanın Zaviyə şəhərinin şimal-qərbindəki Marsa Dela limanı yaxınlığında gəminin batması nəticəsində 16 nəfər Pakistan vətəndaşının öldüyünü təsdiqləyib.

Fhnews.az xəbər verir ki, ümumilikdə qayıqda 65 nəfər olub. Ehtimal edilir ki, onlardan 63-ü pakistanlı olub.

Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, 37 nəfər pakistanlı sağ çıxarılıb, daha 10 nəfərin isə axtarışları davam edir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş: