Livanda qar səbəbiylə qapalı qalan 130 nəfərin xilasetmə işləri davam edir
Livanda qar yağışının yaratdığı pis hava şəraiti səbəbiylə qapalı qalan 130 nəfərlə əlaqə saxlamaq mümkün olub.
Livanın rəsmi xəbər agentliyi “NNA” Livan ordusunun ölkənin şimalında 17 təxliyə əməliyyatı həyata keçirdiyini və 130 nəfərə çatdığını bildirib.
Yağan qar səbəbiylə ölkənin bəzi bölgələrində nəqliyyatın hərəkəti çətinləşib, bağlı olan yolların açılması üçün işlər davam edir.
Ölkənin şimalında yerləşən 700 metr hündürlüyündəki Terbol dağının qarla örtüldüyü, Minye sahilində də qarın göründüyü açıqlanıb.
Livanın qarın təsirli olduğu bölgələrində məktəblərdə dərslərə ara verilib, bir çox ərəb ölkəsində soyuq hava şəraiti ilə bağlı xəbərdarlıqlar edilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...