2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Lisey və gimnaziyalara qəbul olmuş şagirdlərin I mərhələ üzrə şəxsi işlərinin təqdim edilməsi prosesi başa çatır

16-08-2024
IMG

Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə qəbul aparılıb. Avqustun 9-dan başlayaraq valideyn və ya qanuni nümayəndə tərəfindən şagirdlərin qəbul olunduğu təhsil müəssisələrinə sənədlər təqdim edilib.

Fhnews.az xəbər verir ki, Təhsil İnstitutundan verilən məlumata görə, avqustun 16-sı saat 15:00-dək sənədləri lisey və ya gimnaziyalara təqdim edilməyən şagirdlərin qəbulu etibarsız sayılacaq və sorğuları silinəcək.

Lisey seçimlərinin ikinci mərhələsi avqustun 19-da başlanacaq.

Paylaş: