2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Liftdə və bağlı qapı arxasında qalmış 7 nəfər xilas edilib

08-10-2024

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında 1 halda liftdə qalma, Sabunçu və Yasamal rayonlarında isə ümumilikdə 2 ünvanda vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ümumilikdə 2-si azyaşlı olmaqla 7 nəfər xilas edilib.

Paylaş: