“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir
“Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir. İmtahan azyaşlılar üçün hazırlanmış üç kvalifikasiya - PreA1 Starters, A1 Movers və A2 Flyers üzrə keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.
İmtahan noyabrın 23-də keçiriləcək. İmtahana qeydiyyat oktyabrın 9-dək aparılacaq.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Kembric ingilis dili kvalifikasiyaları), “Cambridge English Teaching” (Kembric ingilis dilinin tədrisi) və tələb əsasında “LinguaSkill” imtahanlarını təşkil edir.
Ətraflı məlumat üçün [email protected] poçt ünvanına müraciət etmək olar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...