“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir
“Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir.
Fhnews.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahan azyaşlılar üçün hazırlanmış üç kvalifikasiya – “PreA1 Starters”, “A1 Movers” və “A2 Flyers” üzrə keçiriləcək.
İmtahan sentyabrın 28-də keçiriləcək. Qeydiyyat avqustun 14-dək aparılır.
Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Kembric ingilis dili kvalifikasiyaları), “Cambridge English Teaching” (Kembric ingilis dilinin tədrisi) və tələb əsasında “LinguaSkill” imtahanlarını təşkil edir.
İmtahana qeydiyyat üçün DİM-in saytında müvafiq linkə daxil olmaq lazımdır.
Ətraflı məlumat üçün [email protected] ünvanına yazmaq olar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...