“Windows”un kütləvi uğursuzluğu bankların, televiziyaların və aviaşirkətlərin işini çətinləşdirib
“Windows” əməliyyat sisteminin (ƏS) kütləvi nasazlığı bank, aviaşirkət, media və digər sektorlardakı şirkətlərin fəaliyyətinə mane olub.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Amerikanın “The Verge” portalı məlumat yayıb. Bildirilir ki, buna səbəb ƏS-də işləyən cihazların yüklənməsi zamanı kritik xəta olub.
Avstraliya, Böyük Britaniya və Avropa İttifaqı ölkələrindəki banklar və şirkətlər artıq fasilələr barədə məlumat veriblər. Kritik xətanın təsirinə məruz qalan şirkətlər arasında İrlandiyanın “Ryanair” aviadaşıyıcısı və Britaniyanın “Sky News” telekanalı var.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...