“Türk Hava Yolları”nın pilotu aviareys zamanı vəfat edib
“Türk Hava Yolları” aviaşirkətinin kapitan pilotu İlçehin Pehlivan aviareys əsnasında vəfat edib.
Fhnews.az xəbər verir ki, bu barədə şirkətin media müşaviri Yahya Üstün açıqlayıb.
Məlumata əsasən, “Airbus 350” tipli təyyarə ilə yerinə yetirilən TK204 nömrəli Seattle-İstanbul reysi zamanı pilotun halı anidən pisləşib. Hadisənin ardından Nyu-Yorka təcili eniş qərarı alınsa da, pilotun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edilib ki, 2007-ci ildən “Türk Hava Yolları”nda çalışan İlçehin Pehlivanın 59 yaşında idi.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...