“Türk Hava Yolları” Ginnesin Rekordlar Kitabında
“Türk Hava Yolları” 120 aktiv marşrutu ilə "Ən çox ölkəyə uçan hava yolu şirkəti" adını qazanaraq Ginnesin Rekordlar kitabına düşüb. Rekord sertifikatı Çiliyə ilk uçuşdan sonra verilib. 2012-ci ildən bu yana dünyanın ən çox ölkəsinə uçuş həyata keçirən hava yolu şirkəti ünvanına sahib olan “THY” indi bu uğurunu Ginnesin Rekordlar Kitabına yazdırıb.
Rekord sertifikatı “Türk Hava Yolları”nın Çiliyə ilk uçuşundan sonra bu gün Santyaqo Arturo Merino Benites Beynəlxalq Hava Limanında təqdim edilib. Ginnesin Rekordlar Kitabının qiymətləndirmə meyarlarına görə, ”THY” yalnız son 12 ayın aktiv marşrutlarını əks etdirən 120 ölkəyə uçuşla rekord qırıb. Bununla belə, müvəqqəti olaraq dayandırılan marşrutlar və bu gün Çiliyə ilk uçuş daxil olmaqla, “Türk Hava Yolları”nın uçuş şəbəkəsi hazırda 131 ölkəni əhatə edir.
Rekordla bağlı açıqlama verən Türk Hava Yollarının baş direktoru Bilal Ekşi "Bu gün açdığımız ən yeni marşrutumuz olan Çilinin Santiaqo şəhərində olmaqdan və "Ən çox Uçan Hava Yolu" titulunu almaqdan qürur duyuruq. Biz “THY” olaraq uçuş şəbəkəmizin gücünü qürurla nümayiş etdirir və dünyadakı insanları, mədəniyyətləri və istiqamətləri birləşdirən missiyamızı gücləndiririk”-deyib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...