“The Caspian House”: Xəzəryanı ölkələrin ekoloji təşkilatlarının platforması çərçivəsində memorandum imzalanıb
COP29 çərçivəsində “The Caspian House”: Xəzəryanı ölkələrin ekoloji təşkilatlarının platforması” adlı layihənin təqdimatı və Xəzəryanı 4 ölkə tərəfindən birgə protokolun imzalanması mərasimi keçirilib.
Fhnews.az xəbər verir ki, layihənin məqsədi Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanın qeyri-hökumət təşkilatlarının ekoloji birliyinin yaradılmasıdır.
Əməkdaşlıq barədə sənədi “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyinin sədri Şəlalə Həsənova, “Avrasiya Xalqlarının Assambleyası”nın baş katibinin müavini Stanislav Korolyov, “EkoForum-Qazaxıstan” İctimai Birliyinin sədri Svetlana Moqilyuk, “Tebiqi Kuvvat” İctimai Birliyinin rəhbəri Bərkəli Atayev imzalayıblar.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” adlı qrant müsabiqəsində qalib olan “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin layihəsi çərçivəsində keçirilib.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...