“SpaceX”in Starship raketi beşinci sınaq uçuşunda uğurlu eniş edib
Amerikalı milyarder İlon Maska məxsus “SpaceX” şirkətinin kosmosa göndərdiyi Starship raketinin gücləndiricisi beşinci sınaq uçuşunda uğurla eniş edib. Təxminən 121 metr uzunluğundakı "Starship" raketinin beşinci sınaq uçuşu SpaceX-in saytında canlı yayımlanıb. Yerli vaxtla 07.25 radələrində Texas yaxınlığındakı buraxılış yerindən havaya qalxan raketin gücləndiricisi havaya qalxdıqdan təxminən 7 dəqiqə sonra geri qayıdıb. Geri qayıdan gücləndirici “çubuqlar” adlı iki qolun köməyi ilə buraxılış qülləsinin işə salındığı əraziyə uğurla enib.
"Bu gün çox planetli həyat üçün böyük bir addım atıldı"-deyən Musk buraxılışdan sonra X sosial media hesabında açıqlama verib. Mask 2 il ərzində Marsa ekipajsız 5 fərqli Starship raketi buraxmağı planlaşdırır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...