“SpaceX” internet peyklərinin yeni qrupunu orbitə çıxarıb
“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 21 ədəd “Starlink” peykini orbitə çıxarıb.
Fhnews.az xəbər verir ki, daşıyıcı raket fevralın 26-da ABŞ-ın Şərq sahili vaxtı ilə saat 22:34-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Floridadakı Kanaveral burnunda yerləşən bazasından start götürüb.
“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 8 mindən çox peyk buraxıb. Hazırda onların 7,1 mindən çoxu işlək vəziyyətdədir.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın mini-peyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...