“SpaceX” ABŞ-ın yeni kəşfiyyat peyklərini orbitə çıxarıb
“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi ABŞ Milli Kosmik Kəşfiyyat İdarəsinin kəşfiyyat peyklərindən ibarət daha bir qrupu orbitə çıxarıb.
Fhnews.az xəbər verir ki, “Falcon 9” ABŞ-ın Sakit okean vaxtı ilə yanvarın 9-da saat 19:53-də Kaliforniyadakı Vandenberq bazasından start götürüb. Raketin artıq 22-ci dəfədir istifadə olunan ilk pilləsi Sakit okeandakı “Of Course I Still Love You” platformasına şaquli eniş edib.
Bu, “SpaceX” kompaniyasının NROL-153 missiyası çərçivəsində orbitə çıxardığı optik-elektron kəşfiyyat peyklərinin artıq yeddinci qrupudur. Mini-peyklərin təyinatı və onların sayı haqqında məlumat məxfi saxlanılır.
Qeyd edək ki, kəşfiyyat peykləri 2021-ci ildə “SpaceX” və “Northrop Grumman” kompaniyaları ilə imzalanmış 1,8 milyard dollarlıq müqaviləsi əsasında hazırlanır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...