“Sabah” – “Sent Patriks Atletik” oyunu üçün satılan biletlərin sayı açıqlanıb
“Sabah”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində İrlandiyanın “Sent Patriks Atletik” komandası ilə Bakıda keçirəcəyi oyun üçün satılan biletlərin sayı açıqlanıb.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, artıq 3500 azarkeş bilet əldə edib.
Məhdud sayda olan biletləri “Iticket.az”ın satış məntəqələrindən, “Bank Respublika Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, “Sabah” – “Sent Patriks Atletik” qarşılaşmasının oynanılacağı “Bank Respublika Arena”nın tutumu 8700 nəfərlikdir. Görüş avqustun 15-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komandalar arasında cütün ilk oyunu İrlandiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...