“Rafael” qasırğası Kubada problemlər yaradıb, ölkəni işıqsız qoyub
Güclü yağış və küləklə Kubanı vuran “Rafael” qasırğası ölkənin hər yerində elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Şəbəkə operatoru rəsmiləri Kubaya təsir edən “Rafael” qasırğasının yaratdığı küləklərin “3-cü kateqoriya” intensivliyinə yüksəldiyini və bununla da bütün ölkədə elektrik sisteminin çökməsinə səbəb olduğunu açıqlayıb.
Səlahiyyətlilər daha sonra intensivliyini “2-ci kateqoriyaya” salan qasırğanın Meksika körfəzinə doğru irəlilədiyini bildirib.
Hökumət rəsmiləri qasırğadan əvvəl görülən ehtiyat tədbirləri çərçivəsində ölkənin bəzi bölgələrindəki məktəblərdə təhsilin və bəzi uçuşların dayandırıldığını bildirmişdilər.
Qeyd edək ki, Kubada elektrik stansiyalarında yaranan nasazlıqlar səbəbindən elektrik enerjisinin kəsilməsi tez-tez baş verir. Mətbuatın yazdığına görə, 40 il əvvəl Sovet İttifaqının tikdiyi elektrik stansiyalarına lazımi səviyyədə texniki qulluq göstərilmədiyi üçün bu problemlər təkrarlanır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...