“Qaranlıq fabrik” çağı: iqtisadiyyata faydaları və zərərləri
Son illərdə süni intellekt və robot texnologiyalarında irəliləyişlər istehsal sahəsində köklü transformasiyaya səbəb olub.
“Qaranlıq fabriklər” adlanan bu yeni nəsil istehsal müəssisələri insan əməyinə ehtiyac olmadan tam avtomatik sistemlər və robotlar tərəfindən idarə olunur. Bir çox ölkələr, xüsusən də Çin istehsal proseslərini sürətləndirmək və xərcləri azaltmaq üçün bu texnologiyaya böyük sərmayələr qoyur.
“Qaranlıq fabrik” anlayışı o deməkdir ki, istehsal müəssisələrində heç bir insan əməyinə ehtiyac yoxdur.
Bu fabriklər bütün proseslərin robotlar, süni intellekt və avtomatik sistemlər tərəfindən həyata keçirildiyi obyektlərdir.
İnsan işçiləri olmadığı üçün hətta bu fabriklərin işıqlarını da yandırmağa ehtiyac qalmır. Bu tam avtomatlaşdırılmış sistemlər istehsal prosesini daha sürətli, daha səmərəli və qənaətcil edir.
Çin sənayenin avtomatlaşdırılması sahəsində ən böyük addımlar atan ölkələrdən biridir.
Ölkədəki bir çox böyük fabriklər işçi qüvvəsini azaltmağa və istehsalı robotlara keçirməyə başlayıblar.
Çin hökuməti süni intellektlə dəstəklənən istehsal müəssisələrinə qoyduğu investisiyalarla qlobal rəqabətdə üstünlük əldə etməyi hədəfləyir. Xüsusilə elektronika, avtomobil və ağır sənaye kimi sektorlarda qaranlıq fabriklərin sayı artır.
Qaranlıq fabriklər istehsal proseslərini sürətləndirir, xərcləri azaldır.Lakin bu transformasiya əmək bazarında böyük dəyişikliyə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, tam avtomatlaşdırma milyonlarla insanın işini itirməsinə səbəb ola bilər.
Bundan əlavə, robotlar və süni intellekt tərəfindən idarə olunan istehsal proseslərinin təhlükəsizlik və etik ölçüləri müzakirə mövzusu olmaqda davam edir.
Qaranlıq fabriklərin çoxalması təkcə istehsal proseslərinə deyil, həm də təchizat zəncirlərinə və logistika sektoruna təsir edəcək.
Çinlə yanaşı, ABŞ, Almaniya, Cənubi Koreya və Yaponiya kimi ölkələr də bu sahəyə ciddi sərmayələr qoyurlar.
“Qaranlıq Fabrik” çağı sənayedə inqilabi dəyişiklik yaratsa da, gələcək iş həyatı və iqtisadi siyasətlər baxımından ağıllarda cavabı olmayan sual işarələri yaradır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...