“PhilHealth” korporasiyası filippinli uşaqlar üçün yardım paketinə başlayır
Filippin Sağlamlıq Sığorta Korporasiyası (PhilHealth) filippinli uşaqların qida çatışmazlığı problemini həll etmək üçün yeni paketə başlayıb.
Fhnews.az xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi (PNA) məlumat yayıb. Bildirilib ki, ölkənin Dövlət Səhiyyə Departamenti Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ilə birlikdə ümumi qiymətləndirməni aparıb.
UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankının 2022-ci il üçün birgə qida çatışmazlığı hesabatına görə, beş yaşınadək filippinli hər üç uşaqdan biri inkişafdan geri qalır.
Bildirilib ki, ambulator terapevtik yardım paketi “PhilHealth” tərəfindən akkreditə olunmuş müəssisələr vasitəsilə əldə edilə bilər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...