Azərbaycan Respublikası Gənclər fondunun maliyyə dəstəyilə keçirilən “İdeyanı Reallaşdır 2023” qrant layihəsində qalib olmuş “Peyk təsvirlərindən istifadə etməklə palçıq vulkanlarında geoekoloji təhlil” layihəsi çərçivəsində Şamaxı rayonunda yerləşən Dəmirçi palçıq vulkanına gənc alim və tələbələrin elmi ekskursiyası təşkil edilib.
Fhnews.az xəbər verir ki, ekskursiyanın məqsədi gənc alimləri palçıq vulkanları ilə tanış etmək və qısa elmi təcrübələrin aparılması olmuşdur. Belə ki, vulkanda metan qaz çıxışının ölçülməsi “VENTIS MX4” cihazı vasitəsilə aparılıb.
Ekskursiyanın işində Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu, BDU, ADNSU, SDU, Milli Aviasiya Akademiyası və Qərbi Kaspi Universitetinin gənc alimləri və tələbələri iştirak ediblər.
Ekskursiya və orada aparılan ölçmə işlərinin nəticələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Layihə rəhbəri Pünhan Səmədli və ekspert Arif Hüseynov tərəfindən layihə çərçivəsində işlər davam etdirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...