“Paris-2024”: Azərbaycanın sərbəst güləşçisi yarımfinala yüksəlib
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
Fhnews.az xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə polşalı Mateuş Baranovski ilə üz-üzə gəlib. Rəqibi üzərində 7:2 hesablı qələbə qazanan idmançı yarımfinala yüksəlib.
Bu gün, həmçinin digər sərbəst güləşçi Hacı Əliyev (65 kiloqram) meksikalı Ostin Qomesi məğlub edərək növbəti raunda adlayıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...