“Paris-2024”: Azərbaycanın qrup hərəkətləri komandası mübarizəyə başlayıb
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fhnews.az xəbər verir ki, təsnifat mərhələsində çıxış edən Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv ilk olaraq halqalarla hərəkətlərdə bacarığını nümayiş etdirib.
Milli komanda hakimlərdən 33,850 xal alıb. Yığma daha sonra 3 lent və 2 topla da qüvvəsini sınayacaq.
İki hərəkətin cəminə görə ən çox xal toplayan 8 kollektiv final mərhələsinə vəsiqə qazanacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...