“Paris-2024”: Azərbaycanın daha bir idmançısına lisenziya verilib
Azərbaycan “Paris-2024” Yay Paralimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb.
Milli Paralimpiya Komitəsindən (MPK) verilən məlumata görə, paraatıcılıq üzrə yığmanın üzvü Aybəniz Babayeva nüfuzlu yarışda iştirak edəcək.
MPK tərəfindən göndərilən sorğu əsasında idmançıya Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...