“Paris-2024”: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası final mərhələsində ilk çıxışını edib
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası “Paris-2024” Yay Olimpiya Oyunlarının final mərhələsində ilk çıxışını edib.
Fhnews.az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv əvvəlcə 5 halqa proqramında bacarığını göstərib.
Hakimlərdən 34.850 xal alan yığma hələlik dördüncü pillədə qərarlaşıb.
Komandamız bir qədər sonra 3 lent və 2 top proqramı üzrə hərəkətləri icra edəcək.
Mükafatçılar iki proqramın nəticəsinə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıb.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...