“Paris-2024”: Azərbaycan güləşçisi inamlı qələbə ilə 1/4 finala yüksəlib
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fhnews.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı ilk görüşündə misirli Mohamed Elsayed ilə qarşılaşıb. Rəqibinə 9:0 hesabı ilə qalib gələn H.Cəfərov 1/4 finala vəsiqə qazanıb.
Digər yunan-Roma güləşçimiz Rafiq Hüseynov (92 kiloqram) isə 1/8 finalda macarıstanlı David Loşontsini sınağa çəkəcək.
Bu gün, həmçinin Sənan Süleymanov bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...