“Paris-2024”: Azərbaycan gimnastı üçüncü çıxışını başa vurub
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.
Fhnews.az xəbər verir ki, təsnifat mərhələsində fərdi çoxnövçülükdə mübarizə aparan idmançı bu dəfə lentlərlə hərəkətlərdə bacarığını nümayiş etdirib. O, bu çıxışına görə hakimlərdən 28,400 xal alıb.
Z.Ağamirova daha əvvəl topla və lentlərlə məharətini göstərib. Beləliklə, təmsilçimiz üç hərəkətin cəminə görə ümumilikdə 91,100 xal toplayıb. Zöhrə bu göstərici ilə hazırda 6-cı sıradadır. İdmançı daha sonra gürzlərlə qüvvəsini sınayacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...