“Onlayn Azərbaycan” layihəsi çərçivəsində 99,4 faiz ev, mənzil və biznes subyekti yüksəksürətli internetlə əhatə olunub
“Onlayn Azərbaycan” layihəsi çərçivəsində görülmüş işlər nəticəsində 2,965.3 min və ya 99,4 faiz ev, mənzil və biznes subyekti yüksəksürətli, sabit genişzolaqlı internet xidmətləri ilə əhatə olunub.
Fhnews.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov rəsmi səhifəsində məlumat verib.
O qeyd edib ki, layihə üzrə təkcə son 12 ay ərzində əlavə olaraq 1,445.9 min ev, mənzil və biznes subyektinin yüksəksürətli, sabit genişzolaqlı internet xidmətlərinə çıxış imkanlığı təmin edilib.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...