“Omega-3” qəbulu ilə bioloji qocalma arasında mühüm əlaqə müəyyən edilib
Beynəlxalq elmi qrup tərəfindən aparılan yeni araşdırma müntəzəm “Omega-3” qəbulu ilə bioloji qocalma arasında mühüm əlaqə müəyyən edib.Aparılan tədqiqatda 777 nəfər yaşlı isveçrəlinin üç il ərzində klinik göstəriciləri təhlil olunub.
Tədqiqat nəticələrinə əsasən, gündə bir qram “Omega-3” qəbul edən insanlarda bioloji qocalma bu əlavəni qəbul etməyənlərlə müqayisədə dörd ayadək ləngiyib. Bundan əlavə, D vitamini əlavələri qəbul edən və həftədə ən az üç dəfə 30 dəqiqə fiziki aktivliklə məşğul olan iştirakçılar daha çox müsbət təsir müşahidə ediblər. Mütəxəssislər diqqətə çatdırıblar ki, “Omega-3” ehtiva edən pəhrizlər iltihabın azalması, oynaq sağlamlığının yaxşılaşması, ürək xəstəlikləri, xərçəng və demans riskinin aşağı olması ilə əlaqələndirilir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...