“Lufthansa” İran və Livan uçuşlarının ləğvini 2025-ci ilə qədər uzadıb
Almaniyanın “Lufthansa” aviaşirkəti Yaxın Şərqdə daha genişmiqyaslı qarşıdurma ilə bağlı narahatlıqlar səbəbindən İran və Livana uçuşların təxirə salınmasının müddətini uzadıb.
“Lufthansa”nın verdiyi açıqlamaya görə, şirkət əməliyyat səbəblərindən önümüzdəki aylarda Tehran və Beyruta uçuşları davam etdirməyəcək.Açıqlamaya görə, Livanın paytaxtı Beyrutla əlaqə 28 fevral 2025-ci il tarixinədək, Tehrana uçuşlar isə 31 yanvar 2025-ci ilə qədər dayandırılıb.
Qeyd edək ki, “Lufthansa” İsrailin hücumlarından sonra artan təhlükəsizlik narahatlıqları səbəbindən son vaxtlar Yaxın Şərqə uçuşların ləğvini dəfələrlə uzadıb.Bu həftənin əvvəlində Lufthansa Tel-Əvivə uçuşlarının dayandırılmasını noyabrın 10-na qədər uzatdığını açıqlamışdı.
“Lufthansa” Qrupuna “Eurowings”, “Swiss”, “Austrian Airlines” və “Brussels Airlines” kimi şirkətlər də daxildir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...