2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

“James Webb” kosmik teleskopu cırtdan planetlərin iqlimini müəyyən edir

16-07-2024
IMG

Astronomlar Günəş sistemimizdən kənarda yerləşən iki uzaq kiçik planet üçün ən müfəssəl iqlim hesabatını hazırlayıblar. İlk analoji beynəlxalq tədqiqat zamanı 950 dərəcə Selsi temperaturda fırlanan isti qum buludları ilə örtülmüş cırtdan planetlərdəki ekstremal atmosfer şəraiti öyrənilib.

Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, NASA-nın “James Webb” kosmik teleskopundan (JWST) istifadə edən tədqiqatçılar bir cüt qəhvəyi cırtdanlar - planetlərdən daha kiçik, lakin ulduzlardan daha böyük kosmik cisimlər üzərində hava şəraitini müəyyən etmək üçün yola çıxıblar. Birlikdə WISE 1049AB olaraq adlandırılan bu qəhvəyi cırtdanlar təxminən 6 işıq ili uzaqlıqda yerləşir, onlar Yerə ən parlaq və yaxın obyektlərdir.

Komanda hər bir qəhvəyi cırtdanın atmosferini onların səthindən yayılan işıq dalğalarını ölçməklə izləyib, az və ya çox buludlu bölgələrdə temperatur dəyişikliyini qeydə alıb. Bu məlumatları işıq əyriləri vasitəsilə vizuallaşdıran astronomlar, həmçinin hər bir obyektdən gələn işıq parlaqlığının zamanla necə dəyişdiyini göstərən bir süjet - tam fırlanma əsnasında qəhvəyi cırtdanların havasının necə dəyişdiyinə dair ətraflı 3D təsvirini yarada biliblər.

Paylaş: