2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edilib

08-08-2024
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) I, II, III və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

Fhnews.az xəbər verir ki, DİM-dən verilən məlumata görə,  “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda I, II, III və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib.

Kitabçaları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Kitabçaların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Paylaş: