“IrAero” Perm-Bakı reysinin müddətini oktyabra qədər uzadıb
Rusiyanın “IrAero” aviaşirkəti Permdən Bakıya uçuş proqramını 2025-ci ilin oktyabr ayının sonuna qədər uzadıb.
Fhnews.az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Uçuşlar 2025-ci il aprelin 20-dən oktyabrın 19-dək həyata keçiriləcək. Əvvəllər uçuş proqramı 2024-cü il oktyabrın 29-dan 2025-ci il martın 25-dək qüvvədə olub.
Təyyarələr Perm hava limanından yerli vaxtla saat 20:00-da yola düşür. Uçuş müddəti üç saatdır.
Uçuşlar bazar günləri “Sukhoi Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...