“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib
Milli Basketbol Assosiasiyasında (NBA) "İlin yeni oyunçusu" mükafatının qalibi bəlli olub.
Fhnews.az NBA-nın rəsmi saytına istinadən xəbər verir ki, səsvermə nəticəsində bu ada "San Antonio Spurs"un basketbolçusu Viktor Vembanyama layiq görülüb. O, sorğuda 495 xalla rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, Viktor Vembanyama bu mövsüm 71 oyunda orta hesabla 21,4 xal, 10,6 ribaund və 3,9 məhsuldar ötürmə ilə yadda qalıb.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...