2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

“Gənc psixometrik” təcrübə proqramına qeydiyyat elan edilib

24-01-2025
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) təhsilin qiymətləndirilməsi sahəsində gənc mütəxəssislər bazasının formalaşdırılması məqsədilə “Gənc psixometrik” təcrübə proqramına qeydiyyat elan edir.

Fhnews.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, proqramda iştirak etmək istəyənlər fevralın 10-dək müraciət edə bilərlər.

Üç ay davam edəcək proqram müddətində qiymətləndirmə və statistika sahəsi üzrə təlimlərin keçirilməsi, real datalar əsasında praktik tapşırıqların yerinə yetirilməsi və layihələrin icrası nəzərdə tutulub.

Proqrama müraciətlə bağlı ətraflı məlumatı keçid vasitəsilə əldə edə bilərsiniz.

Paylaş: