“Dream Fest 2024” ziyarətçilərinin nəzərinə: “AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb”
23-28 iyul tarixlərində Bakıda keçiriləcək “Dream Fest 2024” Beynəlxalq Musiqi Festivalının iştirakçılarının rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobuslar ayrılıb.
Fhnews.az xəbər verir ki, AYNA-dan verilən məlumata görə, ziyarətçilərin həmin tarixlərdə hər gün saat 16:00-dan 20:00-a qədər “Koroğlu” metrostansiyasının cənub çıxışındakı Nəqliyyat Mübadilə Məntəqəsindən (Piramidanın arxası) “Sea Breeze”ə, saat 22:30-dan 02:30-dək isə Alov parkı (Koroğlu m/st şimal çıxışı) – Nərimanov parkı – Səməd Vurğun parkı marşrutu üzrə geri daşınması təmin ediləcək.
Qeyd edək ki, ziyarətçilər Koroğlu Nəqliyyat Mübadilə Məntəqəsində yerləşən 500-dən çox parklanma yerində nəqliyyat vasitələrini saxlayaraq yollarına avtobusla davam edə biləcəklər.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...