“Çido” qasırğasından zərər çəkmiş Mayotta əhalisi Makronun istefasını tələb edib
“Çido” qasırğasından zərər çəkən Fransanın müstəmləkəsi olan Mayottada yaşayan insanlar adaya səfər edən Fransa prezidenti Emmanuel Makronu istefaya çağırıb.
Fransa mətbuatında yer alan xəbərlərə görə, Mayottada böyük dağıntılara səbəb olan qasırğadan 5 gün sonra Makronun adaya səfəri davam edir. Makron dünən axşam Mayottenin Pamandzi qəsəbəsində əhalinin sərt reaksiyası ilə üzləşib.
Yerli əhali qasırğadan sonra adada su çatışmazlığından və pis şəraitdən şikayətlənərək Paris hökumətini fəaliyyətsizlikdə ittiham edib.
Makronun görüşdüyü ada əhalisi Fransa prezidentinin “yalan” dediyini bəyan edərək, “istefa” və “su” şüarları səsləndiriblər.
Fransa prezidenti qasırğadan zərər çəkmiş kütləyə "Mən qasırğa deyiləm. Mən cavabdeh deyiləm" deyərək vəziyyətdən çıxmağa çalışıb.
Macron jarqon bir söz işlətməklə, “Mayotta adası Fransada olmasaydı, onların vəziyyəti 10 min dəfə daha pis olardı” iddiasını irəli sürərək, “Hind okeanında insanlara bu qədər yardımın edildiyi başqa bir yer yoxdur”-deyib.
Qeyd edək ki, Fransa adada “Çido” qasırğası səbəbilə indiyədək 31 nəfərin öldüyü, təxminən 2500 nəfərin yaralandığı üçün dekabrın 23-də milli matəm günü elan edib.
Fransanın yeni təyin olunmuş baş naziri Fransua Bayru da Mayotta adasının yenidən qurulması üçün parlamentə xüsusi qanun layihəsi təqdim edəcəklərini açıqlayıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...