“Böyük Dəbilqə”: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə qoşulur
Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində bu gün Azərbaycanın daha dörd cüdoçusu tatamiyə çıxacaq.
Fhnews.az xəbər verir ki, yarışın ikinci günündə 73 kiloqramda Rəşid Məmmədəliyev – Süleyman Hamad (Səudiyyə Ərəbistanı) / Manuel Parlatti (İtaliya) cütünün qalibi, Vüsal Qələndərzadə Arun Kumar (Hindistan) ilə qarşılaşacaq.
81 kiloqramda Məhərrəm İmamverdiyev Aurilyen Bonferonini (İsveçrə), Ömər Rəcəbli isə Nase Herkoviç (Sloveniya) / Ratbek Cumanazarov (Qırğızıstan) görüşünün güclüsünü sınağa çəkəcək.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçusu Kamran Süleymanov bürünc medal qazanıb. Mayın 12-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 15 idmançı ilə təmsil olunur.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...